
Qrafik dizayn sahəsi yaradıcılıq tələb edən sahədir. İlkin olaraq proqram biliyinə yiyələnib sonra da yaradıcılığınız üzərində işləməlisiniz. Adobe Photoshop və Adobe Illustrator proqramlarını ilkin mərhələdə öyrənməyiniz dizaynerlik sahəsi üzrə addımlarınızı atmaq demək olacaqdır. Qrafik dizayn sahəsində proqram biliklərindən əlavə həm də peşəkar olan sənət işlərinə də diqqət yetirin. Onların hazırlanma mərhələlərinə baxın.
Qrafik Dizayn Öyrən Və Loqo Hazırla
Məsələn: Loqo dizayn etmək istəyirsinizsə o zaman peşəkar loqotip dizaynlarına baxın, analiz edin, öz-özünüzə suallar verin və onların cavablarını axtarın. Dizaynerlik sahəsi üzrə nə qədər çox işlərə baxsanız bir o qədər daha da çox gözünüz alışmağa başlayacaqdır. Rəng çalarları haqqında da biliklər toplamağa çalışın. Qrafik dizayn peşəsində rənglərin uyumlu olması çox önəmlidir. Loqo dizaynlarımızdan nümunələr:
loqolar
Proqramları Öyrənmək Müddəti?
İlk 1-2 ay proqramın texniki tərəflərini öyrənərək özünüzü təkmilləşdirin. Özü də praktiki olaraq da real layihələr işləməyə çalışın. Özünüz üçün bir ideya düşünün və onu öyrənərək tətbiq edin. Video dərslərini youtubedan rahatlıqla tapmaq imkanınız var.
Qrafik Dizayn Üzrə İş Tapmağa Tələsməyin
Qrafik dizayn sahəsi üzrə iş tapmağa tələsməyin. Əvvəlcə öz portfolionuzu yaradın ondan sonra reklam agentliklərinə müraciət edə bilərsiniz. Hətta təcrübəçi olaraq da gedib işləmək imkanınız ola bilər. Bu sizin üçün real bir vaxtda ciddi bir öyrənmək mərhələsi olacaqdır. Gələcəyin və indiki zamanın işinə gecikmədən nail olmağa başlayın. Qrafik dizaynlarımızdan nümunələr
Qrafik Dizayn
Categories: Полезные ссылки